Sənan Kazımov

Aktyor İcraçı prodüser

Doğum tarixi:

19 noyabr 1998


Sənan Nicat oğlu Kazımov (Mirsənan Kazımlı) Bakıda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb (2016-2020).

Uşaq yaşlarından tamaşalarda çıxış edib. “Məkkəyə gedən yol” tamaşasında əsas rolda debüt edib. 2012-ci ildə Akademik Milli Dram Teatrında hazırlanmış “Gəncə qapıları” tamaşasında Səlim roluna dəvət alıb və 2015-ci ilə qədər burada çalışıb. 2019-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. Bir çox beynəlxalq teatr festivallarında çıxış edib və diplomlar qazanıb.

Aktyor Sənan Kazımov aktyor, rejissor Nicat Kazımovun oğludur.