Sədaqət Nuriyeva

Aktrisa

Doğum tarixi:

03 avqust 1970


Sədaqət Məmmədağa qızı Nuriyeva Bakıda anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsində təhsil alıb (1988-1992).

1992-ci ildən Sumqayıt Dövlət Dram Teatrında işləyir.

Əməkdar artistdir (2018).

Aktrisa Sədaqət Nuriyeva aktyor İzaməddin Bağırovun həyat yoldaşıdır.