Rasim Balayev

Aktyor Filmi səsləndirən Məsləhətçi Bədii rəhbər Musiqi ifaçısı

Doğum tarixi:

08 avqust 1948

Vəfat tarixi:

29 mart 2026


Rasim Əhməd oğlu Balayev Ağsuda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Aktyorluq fakültəsində təhsil alıb (1969). 1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib. Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin birinci katibi (1993-2013), İdarə Heyətinin sədri (2022-2026) vəzifələrində çalışıb.

Xarici film istehsalçılarının “Azadlıq şirin sözdür” (1972, rejissor Vitautas Jalakyaviçyus / Rusiya, Litva) filmində patriot rolunda, “Əli şimşəkli atlı” (1975, rejissor Hasan Hacıqasımov / Rusiya) filmində Elberd rolunda, “Pusqu” (1977, rejissor Marat Aripov / Tacikistan) filmində Əli Rezo filmində, “Odlu yollar” (1977-1984, rejissor Şuhrət Abbasov / Özbəkistan) serialında Buxara əmiri rolunda, “Dağ novellası” (1979, rejissorlar: İzmail Burnaçev, İles Tatayev / Rusiya) filmində rus dili müəllimi Vek-Xan rolunda, “Əgər Yer kürəsi dairəvi olsaydı” (1980 / Almaniya) filmində, “Oyanma” (1983, rejissor Lətif Feyziyev / Özbəkistan) filmində Abdurazam bəy rolunda, “Təklikdə” (1984, rejissor Qiyas Şermuhammedov / Özbəkistan) filmində, “Tənha kommersantın uduşu” (1984, rejissor Sebastyan Alarkon / Rusiya) filmində, “Böyük müharibədə kiçik adam” (1989, rejissor Şuhrət Abbasov / Özbəkistan) filmində, “Qara qış” (1992 / İran) filmində, “Divlər zindanı” (1993, rejissor Həsən Məmmədzadə / İran) filmində, “Qanlı Bosniya” (1993 / Türkiyə) filmində, “Sükut kodeksi 2” (1993, rejissor Zinoviy Royzman / Rusiya, Özbəkistan) filmində polkovnik Ağayev rolunda, “Dağıdılmış körpülər” (1996, rejissor Rafiq Puya / ABŞ) filmində taksi sürücüsü rolunda və kadrarxası mətnin səsləndirilməsi, “İbrahim Gülşəni Həzrətləri” (1997 / Türkiyə)  filmində, “Dronqo” (2002, rejissor Zinoviy Royzman / Rusiya) serialında prokuror Kazımov rolunda, “Maqomayev” (2019, rejissorlar Dmitri Tyurin, Roman Prıqunov / Rusiya) serialında Camal əmi rolunda çəkilib.

Dövlət mükafatına (1986), “Şöhrət” ordeninə (1998), “Şərəf” ordeninə (2018), Cəfər Cabbarlı mükafatına (2019), “İstiqlal” ordeninə (2023) layiq görülüb.

Əməkdar artist (1976), Xalq artisti (1982) Rasim Balayev 2026-cı ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.