Nicat Qafuroğlu
Doğum tarixi:
15 iyun 1984
Nicat Qafuroğlu Kürdəmir rayonunda anadan olub.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Psixologiya ixtisasında təhsil alıb (2001-2005, 2006-2008-magistr).
2002-ci ildə bir qrup gənc jurnalistlə “Gənclər üçün” adlı qəzet təsis edib. “Ədalət” gündəlik ictimai-siyasi qəzetdə müxbir (2003-2005), İctimai Televiziya və Radio Yayımları Şirkətinin xəbərlər departamentində müxbir (2005-2006), redaktor və aparıcı (2006-2007) kimi fəaliyyət göstərib. “Biz Production” MMC-nin təsisçisi və rəhbəri olub (2010- 2014). ARB24 televiziyasının baş redaktoru (2014-2016), həmçinin “Gündəm” gündəlik analitik-informasiya proqramının müəllif-aparıcısı, Aran Film Yaradıcılıq Mərkəzində rejissor (2016-2018), ARB24-ün baş prodüseri (2018-2022) kimi fəaliyyət göstərib. 2023-cü ildə “NET Media” MMC-ni təsis edib. 2026-cı ildə Space televiziyasına bədii rəhbər təyin olunub.