Natiq Rəsulzadə

Ssenari müəllifi Redaktor Əsərindən istifadə olunub Aktyor

Doğum tarixi:

05 iyun 1949


Natiq Rəsul oğlu Rəsulzadə Bakıda anadan olub.

Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb (1975).

1976-cı ildən “Mozalan” kinojurnalı üçün ssenarilər yazıb. Bir müddət Moskvanın “Elita” studiyasında ssenarilər yazıb (1993-1997). 200-dən çox hekayənin və 50-dən artıq kitabın müəllifidir. Azərbaycan, ABŞ, Rusiya, Macarıstan, Yuqoslaviya, Polşa və başqa ölkələrdə 40-dan artıq kitabı işıq üzü görüb. Əsərləri nüfuzlu milli və beynəlxalq ədəbi mükafatlara layiq görülüb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.

“Humay” Milli Mükafatına, N.Ostrovski adına Rusiya mükafatına (1984), Azərbaycan Dövlət Mükafatına, “Şöhrət” ordeninə (2009) layiq görülüb.

Əməkdar incəsənət xadimi (1999), Xalq yazıçısıdır (2019).