Natiq Axund

Rejissor Rejissor assistenti Aktyor

Doğum tarixi:

15 fevral 1975


Natiq Axund (Natiq Axundov Namiq oğlu) Lənkəranda anadan olub.

Lənkəran Dövlət Universitetinin Tarix ixtisasında (1994-1998), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq ixtisasında (1998-2002, Eldar Quliyevin kursu) təhsil alıb.

Tələbə vaxtı “Lumu” Şən və hazırcavablar klubu (KVN) komandasının kapitanı olub. Televiziya kanallarında rejissor, layihə rəhbəri, aparıcı kimi çalışıb. İnterAz TV kanalının Bakı yayımında baş prodüser, rejissor, layihə rəhbəri kimi iştirak edib. ANS televiziyasında yayımlanan “Cinayət işi”, “Qulp”, “Salam Azərbaycan”, İnterAz TV-də yayımlanan “Bir an ayaq saxla” (2011), “Əbədi səadət yolu” (2014) verilişlərində rejissor kimi çalışıb. Vision TV internet televeziyasının baş rejissoru olub. 2008-ci ildən “Qaçan atlar” prodakşnın təsisçisi və rəhbəridir. Bir müddət İstanbulda yaşayıb (2018-2021). Türkiyə istehsalı olan “Savaşçı” serialında (2017-2021) çəkilib.