Müdvər Nemətova

Aktrisa

Doğum tarixi:

26 fevral 1987


Müdvər Dildar qızı Nemətova Gürcüstanın Qardabani şəhərində anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb (2005-2009).

Satira Teatr Studiyasında (2009-2010), İrəvan Dövlət Dram Teatrnda (2010-2011), Mədəniyyət televiziyasının “Bəbək uşaq televiziya teatrı” layihəsində (2012-2015), Bakı Uşaq Teatrında (2015-2016) aktrisa olaraq çalışıb.

2016-cı ildən İrəvan Dövlət Dram Teatrının aktrisası və truppa müdiridir.