Lalə Məmmədova
Doğum tarixi:
29 mart 1979
Lalə Rafiq qızı Məmmədova (Lalə Məmmədova-Əhmədova) Sumqayıtda anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyorluğu fakültəsində təhsil alıb (2001-2005, İlham Namiq Kamal və Azər Zeynalovun kursu).
Abdulla Şaiq adına Dövlət Kukla Teatrında yüksək dərəcəli aktyor kimi çalışıb (2002-2007). Bakı Uşaq Teatrının aktrisası olub. “Sizin saat” tamaşasının həm də dizayner rəssamı və modelyeri olub. “Cırtdan uşaq kinozalı” TV verilişində (2003-2007, AzTV), klip və reklam çarxlarında çəkilib. Müxtəlif Yeni il və Novruz bayramı tədbirlərində Qar qız və Bahar qız rollarını ifa edib.
Türkiyə film istehsalçılarının “Ayrılıq” (2009, rejissor Onur Tan) serialında çəkilib.
Hazırda Türkiyədə yaşayır.