Cəlil Cavanşir
Doğum tarixi:
02 yanvar 1984
Cəlil Cavanşir (Cəlil Hacıyev Cavanşir oğlu) Oğuz rayonunun Xaçmaz kəndində anadan olub.
Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin Alman dili ixtisasında təhsil alıb (2004-2008).
Tələbəlik illərindən etibarən bir çox mətbu orqanlarla əməkdaşlıq edib. “Mərkəz” qəzetinin ədəbiyyat səhifəsini hazırlayıb (2011). “Publika Art” layihəsində redaktor (2012), Bilik Fondunda mütəxəssis (2015-2019), Mucru.art saytında baş redaktor (2020), “Sputnik-Azərbaycan”ın köşə yazarı (2020-2022), “Hədəf” Nəşrlərinin baş redaktoru və tərcüməçisi, “Qanun” Nəşrlər Evində “Azərbaycan ədəbiyyatı” şöbəsinin baş redaktoru, “Dinlə Kitab” audio-kitab layihəsinin rəhbəri (2022) olub.
Şeirləri müxtəlif dillərə tərcümə olunub. Türk və alman dillərindən bədii tərcümələr edib. 10-dan çox kitabı nəşr olunub. “Palma” ədəbi-bədii tərcümə jurnalını, “Region xəbər” qəzetini, doqquziklim.net elektron ədəbiyyat dərgisini (2009) təsis edib.
2023-cü ildən “Literary Agency”nin, 2026-cı ildən "Art Med Mark Agency"nin təsisçisi və direktorudur.
II Nəsimi Ədəbiyyat Müsabiqəsində şeir nominasiyasında II yer tutub (2010). Mədəniyyət Nazirliyinin elan etdiyi “Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi”nin qalibidir (2021).