İsmayıl Osmanlı
Doğum tarixi:
11 aprel 1902
Vəfat tarixi:
22 iyun 1978
İsmayıl Osman oğlu Osmanlı Nuxada (indiki Şəki) anadan olub.
On bir yaşında yetim qalıb, Şəki ipək fabrikində, dabbaqxanada işləyib. 1920-ci ildə rayondakı Fəhlə-kəndli klubunun dram dərnəyinə üzv yazılıb. 1921-ci ildə teatr səhnəsinə çıxıb. 1922-ci ildə Gəncəyə köçüb və 6 il buradakı həvəskarlar teatrında çalışıb. 1928-ci ildən Tiflis Azərbaycan Teatrının tamaşalarında iştirak edib. 1929-cu ildən Bakıya gələrək ömrünün axırınadək Azərbaycan Dövlət Akademik Dram Teatrının aktyoru olub.
Əməkdar artist (1940), Xalq artisti (1949), SSRİ Xalq artisti (1974) İsmayıl Osmanlı 1978-ci ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.