Hüseynbala Mirələmov

Ssenari müəllifi Əsərindən istifadə olunub

Doğum tarixi:

25 iyun 1945


Hüseynbala Fazil oğlu Mirələmov Lerikin Nuravud kəndində anadan olub.

Azərbaycan Politexnik İnstitutunun Sənaye və mülki tikinti fakültəsində təhsil alıb (1970).

“Azərbaycan pioneri” qəzeti redaksiyasının baş ədəbi işçisi (1965-1971), Azərbaycan Qazlaşdırma Komitəsinin 4 saylı Qaz tikinti-quraşdırma idarəsində iş icraçısı, baş mühəndis və rəis (1971-1986), “Azərqaztəmirtikinti” Trestinin rəisi (1986-1988), Maye Qaz İstehsalat Birliyinin rəisi (1988-1989), Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini (1989-1992), "Bakqaz” İstehsalat İdarəsi rəisinin müavini (1996-1998), Azərbaycan Qaz Emalı Açıq Səhmdar Cəmiyyətinin sədri (1998), Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri (1992-2021), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri vəzifələrində çalışıb. III, IV və V çağırış Milli Məclisin deputatı olub.

Çoxsaylı elmi və bədii əsərlərin müəllifidir.

Texnika elmləri doktoru, professor, Əməkdar mühəndisdir (2010).