Hüseyn Əlili
Aktyor
Doğum tarixi:
10 iyun 1982
Hüseyn Azad oğlu Əlili Bakıda anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb (2000-2004).
1994-cü ildən Uşaq Dövlət Filarmoniyasının “Fərəh” rəqs ansamblında məşğul olub. 1998-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında balet artisti vəzifəsinə qəbul olunub. 2004-cü ildən Musiqili Teatrda artist-vokalist vəzifəsində çalışır.
Aktyor Hüseyn Əlili aktrisa Gültac Əlilinin həyat yoldaşıdır.