Habil Əliyev

Musiqi ifaçısı Aktyor

Doğum tarixi:

28 may 1927

Vəfat tarixi:

08 sentyabr 2015


Habil Mustafa oğlu Əliyev Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub.

3 saylı Ağdaş musiqi məktəbində, pedaqoji məktəbdə, Asəf Zeynallı adına orta ixtisas Musiqi Məktəbinin kamança şöbəsində (1952) təhsil alıb.

 Bir müddət Ağdaş Dövlət Dram Teatrında işləyib, kamança çalıb. Eyni zamanda Ağdaş rayon pionerlər evində rəqs dərnəyinin də üzvü idi. 1944-cü ildə Bakıda keçirilən baxış müsabiqəsinin qalibi olub. 1953-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında əvvəlcə rəqs ansamblında müşayiətçi, sonra isə trioda kamança çalan kimi fəaliyyətə başlayıb.

“Segah”, “Bayatı-Qacar”, “Bəstənigar”, “Bayatı-Şiraz”, “Rahab”, “Bayatı-Kürd”, “Cahargah”, “Rast”, “Zabul” muğamlarına yeni kamança həyatı verib. Həm də mahnı müəllifidir, bəstələdiyi 15-dən artıq mahnı bu gün də ifa olunur.

“Şöhrət” (1997) və “İstiqlal” (2007) ordenləri laureatı, Əməkdar artist (1964), Xalq artisti (1978) Habil Əliyev 2015-ci ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.