Gülyanaq Məmmədova
Doğum tarixi:
10 iyun 1973
Gülyanaq Zakir qızı Məmmədova Şəkinin Böyük Dəhnə kəndində anadan olub.
Asəf Zeynallı adına Musiqi məktəbinin muğam şöbəsində (1992-1996), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr və kino aktyoru fakültəsində aktyor ixtisası üzrə (1996-2000, 2000-2002-magistratura) təhsil alıb.
Şəki rayon Mədəniyyət evində fəaliyyət göstərib (1990-1992). 1993-cü ildən Azərbaycan Dövlət Mahnı Teatrında vokalist vəzifəsində çalışır.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin, Muğam sənəti kafedrasının dosentidir.
Əməkdar artist (1998), Xalq artisti (2014), Özbəkistanın Xalq artistidir (2022).
Müğənni Gülyanaq Məmmədova müğənni Gülyaz Məmmədovanın bacısıdır.