Gülcahan Salamova

Aktrisa

Doğum tarixi:

01 mart 1963


Gülcahan Əhməd qızı Salamova Bakıda anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyoru fakültəsində təhsil alıb (1988).

1988-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya teatrında solist-vokalist vəzifəsində işləyib. 1995-ci ildə Bəşir Teatrında fəaliyyət göstərib, çoxsaylı intermediya və səhnəciklərdə iştirak edib. 1998-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında fəaliyyətini davam etdirir.