Fidan Cəfərova

Rejissor Aktrisa Ssenari müəllifi Montajçı

Doğum tarixi:

02 iyul 1995


Fidan Cəfərova Bakıda anadan olub.

Respublika İncəsənət Gimnaziyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində (2012-2016) təhsil alıb. Azərbaycan Dövlət Dram Teatrının nəzdində “AXIN” studiyasında aktyorluq və rejissorluq üzrə 2 illik kursları bitirib.

Akademik Milli Dram Teatrında aktrisa kimi fəaliyyət göstərib. Hazırda İctimai televiziyada aparıcılıq edir.

Rejissor, aktrisa Fidan Cəfərova aktrisa Bəsti Cəfərovanın qızıdır.