Emin Quliyev

Prodüser İcraçı prodüser İkinci rejissor Rejissor assistenti Aktyor

Doğum tarixi:

14 fevral 1987


Emin Quliyev (Emin Simon Quliyev) Bakıda anadan olub.

Bakı Dövlət Universitetinin Geologiya fakültəsində (2004-2008), Rotterdam Film School-da prodüserlik (2013), Serbiyada kursda (2016) və Kiyevdə Nyu York Film Məktəbinin prodüserlik kurslarında (2017) təhsil alıb.

“Z Club”ın sahibi (2006-2011), Niderlandda müxtəlif agentliklərdə prodüser və art direktor (2011-2014) olaraq çalışıb. “Narimanfilm” kinostudiyasında icraçı prodüser (2015-2021), “Filming Azerbaijan”da prodüser (2021-2023) olaraq çalışıb.

Hindistan kinematoqrafçılarının istehsalı olan “Junga” (2018), “90 ML” (2019), “ABCD: American-Born Confused Desi” (2019), “Action movie” (2019), “Kempe Gowda 2” (2019), “Vinaya Vidheya Rama” (2019), “Thalli Pogathey” (2020), “Anbarivu”, “ Crakk”, “Hide and seek”,  “Nickhil Mudra”, “Ruslaan”, “Sardar”,  “Vidaa Muryarchi” filmlərinin, “KAKP” (2022), “Aar Ya Paar” seriallarının, “Famous Indians” sənədli filminin, Sinqapur istehsalı olan “The truth”, Fransa istehsalı olan “Le Burea” seriallarının, Fransa-Almaniya istehsalı olan “The Projectionist” sənədli filminin icraçı prodüseri olub. Musiqi klipləri və reklam çarxlarının çəkilişində iştirak edib.

2023-cü ildən “Film Bridge Azerbaijan” şirkətinin təsisçisi və direktorudur.