Elnarə Nağdəliyeva

Aktrisa

Doğum tarixi:

22 fevral 1974


Elnarə Cəbrayıl qızı Nağdəliyeva (Elnarə Yusifova) Bakıda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyoru fakültəsində təhsil alıb (1991-1996).

1996-cı ildə təyinatla Azərbaycan Dövlət Musiqili Komediya Teatrına xor artisti vəzifəsinə qəbul olunub. 2002-ci ildə solist-vokalist vəzifəsinə təyin edilib. 1995-ci ildən həm də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında fəaliyyət göstərir.

Azərbaycan Teatr Xadimləri İttifaqının “Dədəm-Qorqud” bədii qiraət müsabiqəsində I mükafata layiq görülüb (1999).