Aygün Həsənova
Doğum tarixi:
30 yanvar 1974
Aygün Vəzir qızı Həsənova (Aygün Diridağlı) Cəbrayılda anadan olub.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb (1996).
Azərbaycan radiosunda müxbir, redaktor (1996-2010), “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində ssenarist kimi fəaliyyət göstərib. AzərTAC-da müxbir (2010-2012), videoxəbər xidmətinin rəhbəri (2012-2018), Multimedia və informasiya resursları baş redaksiyasının baş redaktorunun müavini/videoxəbər xidmətinin rəhbəri (2018-2020), ATV-də Rəqəmsal media və sosial şəbəkələrlə iş şöbəsinin müdiri (2021-2023), AzərTAC-da Videoxəbər Baş redaksiyasının Baş redaktoru (2023-2024) olub. Qazaxıstanın "Xabar 24" xəbər telekanalının Azərbaycan üzrə nümayəndəsi kimi fəaliyyət göstərib (2017-2023). Dövri mətbuatda, onlayn mediada məqalələri dərc edilib. Yerli televiziyalarda filmlərin tərcüməçisi olub. “Gəzdim Azərbaycanı” videolayihəsinin müəlliflərindən biri olub (2013).
Əməkdar jurnalistdir (2015).