Aslan Şirin
Aktyor
Doğum tarixi:
25 aprel 1969
Aslan Adil oğlu Şirin (Aslan Şirinov) Bakıda anadan olub.
Azərbaycan Dövlət İncəsənət Universitetinin Dram və kino aktyoluğu fakültəsində təhsil alıb (1996).
1998-ci ildən Akademik Milli Dram Teatrında çalışır. Azərbaycan televiziyasında verilişlər aparıb.
Xarici kinematoqrafçıların “Avropa Avropa” (2012 / Türkiyə) serialının bir seriyasında çəkilib.
Gənclər və İdman Nazirliyinin “İlin ən yaxşı gənc aktyoru” mükafatına layiq görülüb (2002).
Əməkdar artistdir (2013).