Arzu Hüseynov

Aktyor

Doğum tarixi:

18 may 1962


Arzu Sadıq oğlu Hüseynov Bakıda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində təhsil alıb (1987-1993).

1985-1987-ci illərdə teatrda, kinostudiyada və televiziyada texniki işlərdə çalışsa da, film və verilişlərdə epizodik rollarda iştirak edib. 1987-ci ildə Azərbaycan Dövlət Gənclər Teatrına rejissor assistenti vəzifəsinə qəbul edilib, bir neçə tamaşada aktyor kimi iştirak edib. İrəvan Dövlət Azərbaycan Teatrında, Bakı Bələdiyyə Teatrında (1995-2006) və Space TV-də aktyor kimi çalışıb. Hazırda Bakı Şəhər Mədəniyyət İdarəsinin nəzdindəki Satira Teatrında fəaliyyətini davam etdirir.

Əməkdar artistdir (2002).

Aktyor Arzu Hüseynov aktyor Sadıq Hüseynovun oğludur.