Arzu Qulamov

İcraçı prodüser Rejissor Ssenari müəllifi Montajçı Montaj rejissoru Videoyazı mühəndisi

Doğum tarixi:

19 fevral 1973


Arzu Aydın oğlu Qulamov Bakıda anadan olub.

Ostankino Televiziya İnstitutunda təhsil alıb.

1992-ci ildən televiziyada fəaliyyət göstərməyə başlayıb. Bu illər ərzində videomühəndislikdən rejissor və prodüserliyə qədər yüksəlib. Bir müddət Lider TV ilə əməkdaşlıq edib (2003-2005), “Kuklalar” satirik layihəsinin Azərbaycan versiyasının rejissoru olub (2003, Lider TV). 2005-ci ildə Bakıda keçirilən Beynəlxalq Caz Festivalı televiziya verilişinə quruluş verib. 2005-ci ildə “Mir” MTR-də kreativ direktor vəzifəsinə dəvət olunub. 2006-cı ildə Avrasiya Televiziya və Radio Akademiyasında inkişaf üzrə direktor müşaviri vəzifəsində çalışıb. 2008-ci ildən yenidən Bakıya qayıdaraq müstəqil prodüser və rejissor kimi fəaliyyət göstərir.