Arif Babayev (II)
Doğum tarixi:
20 fevral 1938
Vəfat tarixi:
01 avqust 2025
Arif İmran oğlu Babayev Ağdamın Sarıhacılı kəndində anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb (1962-1968).
Əmək fəaliyyətinə hələ tələbə ikən – 1966-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında solist olaraq başlayıb. 1981-ci ildən Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim işləyib, indiki Bakı Musiqi Akademiyasında muğam ixtisası üzrə dərs deyib (1984-2000). Azərbaycan Dövlət Filarmoniyasında (1963-1966), Azərbaycan Dövlət Opera və Balet Teatrında (1966) çalışıb. 1981-ci ildən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ilk muğam müəllimi kimi çalışmağa başlayıb. Tarixdə ilk dəfə muğam professoru adı alıb (1996). 2002-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Konservatoriyasında professor və kafedra müdiri vəzifələrində çalışıb.
“Şöhrət” (1998), “İstiqlal” (2008), “Şərəf” (2018) ordenləri, “Heydər Əliyev” Mükafatı (2025) ilə təltif olunub. “Qızıl çinar” beynəlxalq mükafatı laureatıdır (2010).
Əməkdar artist (1978), Xalq artisti (1989) Arif Babayev 2025-ci ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.