Ağadadaş Ağayev
Doğum tarixi:
25 avqust 1956
Ağadadaş Həmid oğlu Ağayev Cəlilabadın Hasıllı kəndində anadan olub.
Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (1972-1977), Azərbaycan Dövlət İncəsənət Universitetinin mədəni-maarif fakültəsində (1994) təhsil alıb.
Bir müddət Cəlilabad rayon Hasıllı kənd orta məktəbində müəllim işləyib (1977-1983). 1981-ci ildə ilk dəfə mahnılarını audio-kaset variantında yayıb. Həmin il “İstedadlar axtarırıq” müsabiqəsinin qalibi olub. 1983-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında ilk solo konsertini verib. 1984-cü ildən Filarmoniyada Dövlət Mahnı və Rəqs ansamblının solisti kimi fəaliyyətə başlayıb. 1988-ci ildən Azərbaycan Televiziyasının solistidir.
Əməkdar artist (1998), Xalq artistidir (2006).