Afət Hacıqızı
Aktrisa
Doğum tarixi:
01 sentyabr 1969
Afət Hacıqızı (Afət Məmmədova Hacı qızı / Afət Ağayeva) Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram teatrı və kino aktyorluğu fakültəsində təhsil alıb (1985-1992).
Azərbaycan Dövlət Yuğ Teatrında (1990-2000), Azərbaycan Dövlət İrəvan Dram Teatrında (2010-2015) aktrisa kimi fəaliyyət göstərib.
2014-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisasıdır.