Salam Beynəlxalq Yeniyetmə Filmləri Festivalı


Təsis tarixi: 2019
Təsis və prezident: Nəriman Məmmədov
Məkan: Bakı şəhəri

Festival 2019-cu ildən etibarən hər ilin avqust ayında Bakıda keçirilir.
“SALAM” Beynəlxalq Yeniyetmə Filmləri Festivalı 2019-cu ildə “Narimanfilm” kinostudiyasının baş direktoru və festivalın prezidenti Nəriman Məmmədov tərəfindən təsis edilib. Festival Azərbaycan gəncləri ilə müxtəlif ölkələrdən olan həmyaşıdları arasında dostluq əlaqələrinin formalaşmasına, Azərbaycan mədəniyyətinin təbliğinə və gənc nəslin qlobal mənəvi dəyərlərə uyğun tərbiyə olunmasına şərait yaradır.