Süleyman Məşədi İsmayıl oğlu Tağızadə Gəncədə anadan olub. Pedoqoji Texnikuma daxil olub. Sonra Bakı Teatr Texnikumunda təhsilini davam etdirib (1928-1931). Səhnə fəaliyyətinə 1929-cu ildə Gənc Tamaşaçılar Teatrında başlayıb. Bundan bir il sоnra Azərbaycan Dövlət Dram Teatrına dəvət оlunub və ömrünün aхırınadək burada çalışıb. Əməkdar artist (1943) Süleyman Tağızadə 1960-cı ildə vəfat edib.