Aydın Qurbanoğlu

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 08.11.1935
  • Vəfat tarixi: ??.??.2020

Biography

Aydın Qurbanoğlu (Aydın İbrahimov Qurban oğlu) Tovuz rayonunun Cəlilli kəndində anadan olub. Hərbi xidmətdən sonra bir müddət Tovuzda nəşr olunan “Həqiqət” qəzeti ilə əməkdaşlıq edib. 1966-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ştatdankənar müxbir, kiçik redaktor, redaktor, böyük redaktor, baş redaktor və birlik rəhbəri kimi müxtəlif vəzifələrdə işləyib. Gənc yaşlarından əbədi yaradıcılıqla məşğul olub. Şeirləri mətbu orqanlarda dərc olunub. “Kəhkəşan” (1977), “Araz üstə nar bağı” (1985) “Ağ işıq” (2009) adlı kitabların müəllifidir. Uzun müddət “Koroğlu” dastanıyla bağlı araşdırmalar aparıb. Müəllifin həmin araşdırmaları özündə əks etdirən “Koroğlu” adlı kitabı 2015-ci ildə işıq üzü görüb. Aydın Qurbanoğlu 2020-ci ildə vəfat edib.

 

x