Fidan Cəfərova Bakıda anadan olub. Respublika İncəsənət Gimniziyasında rəssamlıq üzrə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində (2012-2016) təhsil alıb. Azərbaycan Dövlət Dram Teatrının nəzdində “AXIN” studiyasında aktyorluq və rejissorluq üzrə 2 illik kursları bitirib. Akademik Milli Dram Teatrında aktrisa kimi fəaliyyət göstərib. İctimai televiziyada aparıcılıq edir.
Rejissor, aktrisa Fidan Cəfərova aktrisa Bəsti Cəfərovanın qızıdır.