Nadir Mehdiyev

operator

Personal Info

  • Doğum tarixi: 27.06.1971

Biography

Nadir Hüseyn oğlu Mehdiyev Bakıda anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb (1999). 1990-cı ildən “Azərbaycanfilm” kinostudiyasında işləyir. Filmlərlə yanaşı çoxsaylı musiqi klipləri, reklam çarxları çəkib.

Rusiya istehsalı olan “Qraf Krestovski” (2004, rejissor Ramiz Fətəliyev) serialının operatoru olub, epizodik rolda çəkilib.

“Dolu” filminə görə “Ən yaxşı operator” nominasiyasında “Qızıl Pəri” mükafatına (2017), “Qızıl göz” Beynəlxalq Festivalında “Ən yaxşı portret” nominasiyasında mükafata layiq görülüb (2009, Tbilisi). Əməkdar mədəniyyət işçisidir (2017).

Operator Nadir Mehdiyev rejissor Hüseyn Mehdiyevin oğludur.

 

x