Gülcahan Şüaulla qızı Güləhmədova-Martınova Bakıda anadan olub. Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil alıb (1947-1952, Mehdi Məmmədovun kursu). İlk azərbaycanlı peşəkar qadın teatr rejissorlarındandır. Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında çalışıb (1952-1982). 1982-ci ildən Şövkət Məmmədova adına Opera Studiyasının rejissoru olub. Bakı Musiqi Akademiyasının vokal kafedrasının professoru olub. “Şərəf nişanı” ordeni ilə təltif edilib. Dövlət mükafatı laureatı (1972), Xalq artisti (1981) Gülcahan Güləhmədova-Martınova 2018-ci ildə 92 yaşında vəfat edib.