Vasif Məmmədzadə

rejissor

Personal Info

  • Doğum tarixi: 15.08.1977

Biography

Vasif Bəxtiyar oğlu Məmmədzadə Şəmkirdə anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncsənət Universitetinin dram rejissorluğu fakültəsində təhsil alıb (1995-1999, magistr-2003-2005). 1993-cü ildə “Azərbaycanfilm” kinostudiyasında assistent kimi əmək fəaliyyətinə başlayıb. Yuğ Teatrında, “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində (2000), ANS TV, ATV International, CBC, İTV (2016-2020) televiziyalarında çalışıb. Hazırda Azərbaycan televiziyasının əməkdaşıdır.

“Ümidli gənclər” adlı festivalda “Olqa” filminə görə “Çarli Çapli” mükafatına (2001), Beynəlxalq Audiovizual Festivalda “Duz gölü” filminə görə AYB-nin təsis etdiyi “Ən orjinal ideya tapıntısı” nominasiyasında “Qızıl qartal” mükafatına (2002), III “Naməlum kino” Festivalında “Lal” bədii filminə görə Qran-Pri və “Ən yaxşı rejissor” mükafatına (2003) layiq görülüb. Bu qalibiyyətinə görə “Azərbaycanfilm” kinostudiyasında Qarabağ mövzusunda “Lal çinar” adlı bədii filmini çəkib. “Şəhər içində şəhər” filmi I Bakı Beynəlxalq Turizm Filmləri Festivalında “TV filmlər” nominasiyasında 2-ci yerə, “Milli kino” nominasiyasında Qızıl Mükafata layiq görülüb (2013). “Sərkərdə ləyaqəti… General Əliağa Şıxlinski” filminə görə Respublika Veteranlar Təşkilatının “General Əliağa Şıxlinski” yubiley medalı ilə təltif edilib (2015). Həsən bəy Zərdabi mükafatının laureatı, Əməkdar mədəniyyət işçisidir (2016).

 

x