Pərviz İdris oğlu Seyidli Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissorluq üzrə təhsil alıb (2009-2013). Hazırda Heydər Əliyev adına Müasir Təhsil Kompleksində rejissor olaraq çalışır. “Pişik qız” və “İkimiz” kitabları çap olunub. “İstintaq” pyesi və “Maraqlı fiqur və ya siçan qadın” hekayəsi əsasında tamaşalar hazırlanıb.