Kərim, Cabbar və Səfər həmişəki kimi pul çatışmazlığından əziyyət çəkirlər. Çayxanada görüşən dostlar hər zamanki kimi borca çay içirlər. Kərim tanışının oğlunu xərçəng xəstəliyindən müalicə edən bir ekstrasensdən danışır. Dostlar pul problemlərinin həllinə kömək üçün ekstrasens İbrahimin yanına getməyi qərara alırlar.
Film Mirzə Fətəli Axundovun “Hekayəti Molla İbrahim-Xəlil Kimyagər” əsərinin motivləri əsasında çəkilib.
Rejissor: Həmid Əmin-zadə
Ssenari müəllifi: Həmid Əmin-zadə
Operator: Hətəm Əmrahov
Bəstəkar: Rauf Əliyev (III)
Rollarda: Bakıxan Babayev (Kərim), Ramiz Becalov (Cabbar), Elvin Manafov (Səfər), Ruzigar Kərimov (Nuri), Ramiq Mehdi (İbrahim usta), Rauf Əliyev (III) (Balakişi), Hüseyn Dadaşzadə (qaqaş)
Montajçı: Həmid Əmin-zadə
Geyimçi: Elvira Əmrahova
Rekvizitçi: Lalə Əmin-zadə
Əsərindən istifadə olunub: Mirzə Fətəli Axundov
Prodüserlər: Elvin Manafov, Sem Amino
Reviews ( 0 )