Afaq Arif qızı Əhmədova Bakıda anadan olub. “Gələcək zəkalar” liseyində, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində (1996-2000) təhsil alıb. 1997-ci ildən Azərbaycan televiziyasında aparıcı kimi işə başlayıb. 2006-cı ilə qədər “Xəbərlər və ictimai-siyasi proqramlar” redaksiyasında aparıcı vəzifəsində çalışıb. 2006-cı ildən “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində aparıcı-redaktor, sonra “Kino proqramları və Dublyaj” redaksiyasında şöbə müdiri vəzifəsinə təyin edilib. “Xəbərlər”, “Səhər”, “Dünya kino ulduzları”, “Kino-xəbər” və digər verilişlərin ssenari müəllifi və aparıcısı olub. Hazırda Telefilm studiyasının direktor müavinidir.
Filmoqrafiya:
Aida İmanquliyeva. Gözəllik və müdriklik timsalı (2020, sənədli film) – redaktor
Ana və poçtalyon (2020, qısametrajlı bədii film) – ssenari müəllifi
Aprel döyüşləri (2020, sənədli film) – ssenari müəllifi
Bayraq əhdi (2020, qısametrajlı bədii film) – ssenari müəllifi
Xocalı yol gözləyir (2020, tammetrajlı bədii film) – ssenari müəllifi
Polkovnikin əmanəti (2020, tammetrajlı bədii film) – ssenari müəllifi
Şəhid anaları (2020, sənədli film) – ssenari müəllifi
Şəhidlər (2020, film-tamaşa) – ssenari müəllifi
Atalar və oğullar (2021, sənədli film) – ssenari müəllifi
Dəmir yumruq (2021, sənədli film) – redaktor
Həyat yolu (2021, sənədli film) – ssenari müəllifi
Qaliblər (II) (2021, sənədli film) – ssenari müəllifi
Mən şahidəm… Ballıqaya qətliamı (2021, sənədli film) – ssenari müəllifi
Prezidentə məktub (2021, sənədli film) – ssenari müəllifi
Son anda (2021, sənədli film) – ssenari müəllifi
Ümid işığı (III) (2021, qısametrajlı bədii film) – ssenari müəllifi
Yurd yeri (II) (2021, qısametrajlı bədii film) – redaktor
Zəfərin qəhrəmanları (2021, sənədli film) – ssenari müəllifi
Xalqın sözü (2021, sənədli film) – ssenari müəllifi
Bir anın qəhrəmanı (2022, sənədli film) – ssenari müəllifi
Danışan fotolar (2022, sənədli film) – ssenari müəllifi
Daşlarda yaşayan tarix (II) (2022, sənədli film) – ssenari müəllifi
Gizli düşmən (2022, sənədli film) – ssenari müəllifi
Həm zərif, həm güclü (2022, sənədli film) – ssenari müəllifi
Sonsuz sevgi və ehtiramla (2022, sənədli film) – ssenari müəllifi
Zəfərin qəhrəmanları 2 (2022, sənədli film) – ssenari müəllifi
Ağalıdan məktub var (2023, sənədli film) – ssenari müəllifi (birgə)
İstiqlal bəyannaməsi (2023, sənədli film) – ssenari müəllifi
Qayıdış uşaqları (2023, sənədli film) – ssenari müəllifi
Növbəti stansiya 20 yanvar (2023, sənədli film) – ssenari müəllifi
Süvari (2023, sənədli film) – ssenari müəllifi
Yeni Füzuli (2023, sənədli film) – ssenari müəllifi
.