Cövdət Afiq oğlu Şükürov Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (2008-2012). Bir müddət Rus Dram Teatrında çalışıb. Hazırda Bələdiyyə Teatrının aktyorudur.
Böyük Britaniya istehsalı olan “Əli və Nino” (2015, rejissor Asif Kapadia) filmində rus zabiti rolunda çəkilib.