İsmayıl Şıxlı

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 22.03.1919
  • Vəfat tarixi: 26.07.1995

Biography

İsmayıl Qəhrəman oğlu Şıxlı (Şıxlinski) Qazaxın II Şıxlı kəndində anadan olub. Qazax Pedaqoji Məktəbində (1933-1936), Azərbaycan Pedaqoji İnstitutunun Dil-ədəbiyyat fakültəsində (1937-1941) təhsil alıb. Qazax rayonunun Kosalar kənd orta məktəbində dərs hissə müdiri işləyib (1941-1942). İkinci Dünya müharibəsi dövründə Sovet Ordusu tərkibində ön cəbhədə sıravi əsgər olub. Tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləyib (1946). Azərbaycan Pedaqoji İnstitutunun Filologiya fakültəsində aspirant (1946-1949), müəllim, baş müəllim, Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi (1965-1968) kimi çalışıb. “Azərbaycan” jurnalında baş redaktor (1976-1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981-1986), sədri (1986-1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981-1987) olub. Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilib (1991). İlk mətbu əsəri “Quşlar” şeiri 1938-ci ildə “Ədəbiyyat” qəzetində dərc olunub. Ədəbi yaradıcılığa 1947-ci ildə “İnqilab və mədəniyyət” jurnalında çap etdirdiyi “Həkimin nağılı” hekayəsi ilə başlayıb. “Dəli Kür”, “Ölən dünyam” kimi rоmanların, ibrətamiz hekayələrin, publisistik yazıların müəllifidir.  Filologiya elmləri namizədi (1954), Xalq yazıçısı (1984), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986-1990), “Şöhrət” ordeni (1994), M.F.Axundov adına ədəbi mükafat (1991) laureatı İsmayıl Şıxlı 1995-ci ildə vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

Yazıçı İsmayıl Şıxlı jurnalist Elçin Şıxlının atasıdır.

 

 

x