Gülsabah Quliyeva Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb.
Xarici film istehsalçılarının “Yasmin” (2003, rejissorlar Kseniya Zaruçkaya, Vyaçeslav Kaminsi / Rusiya) serialında Kamalın anası rolunda çəkilib.
Bakı Bələdiyyə Teatrının aktrisasıdır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığından dərs deyib. Əməkdar artistdir.