Nəriman Səttar oğlu Şıxəliyev Bakıda anadan olub. Bakı kinostudiyasında operator assistenti kimi əmək fəaliyyətinə başlayıb. 1957-ci ildən Azərbaycan Dövlət Televiziya Komitəsində operator kimi çalışıb. Əməkdar mədəniyyət işçisi (1981), “Tərəqqi” medalı laureatı (2006) Nəriman Şıxəliyev 2022-ci ildə vəfat edib.