Əzizə Əhmədova

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 26.01.1932
  • Vəfat tarixi: ??.??.????

Biography

Əzizə Yəhya qızı Əhmədova (Əzizə Türkan) Bakıda anadan olub. Pedaqoji Texnikumda və Azərbaycan Dövlət Universitetində Jurnalistika üzrə təhsil alıb. “Uşaq və gənclər” nəşriyyatında əmək fəaliyyətinə başlayıb. Bir müddət Azərbaycan Ensiklopediyasında böyük redaktor vəzifəsində çalışıb. 1967-ci ildə “Gənclik” nəşriyyatına direktor təyin edilib. İlk hekayəsi “Qorxmazın səhvi” “Pioner” jurnalında dərc edilib (1957). “Xınalı qayalar”, “Yaz qarı”, “Onu çiçəklər sevdi”, “Bu ellərə vurulmuşam”, “Bir ürək sındırmışam”, “Çiçəklərim” əsərləri var. Tərçüməçi kimi onlarla əsəri tərcümə edib. Yazıçı, şair, tərcüməçi, dramaturq, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru olub.

 

x