Əlisurət İsa oğlu Məmmədov (Əlisurət Məmmədzadə / Əli Surət) Masallının Babaser kəndində anadan olub. Azərbaycan Dövlət Teatr İnstitutunda təhsil alıb (1983-1987, Mehdi Məmmədov və Zəminə Hacıyevanın kursu). Müxtəlif televiziya verilişlərində mütəmadi olaraq iştirak edib. Rusiya istehsalı olan “Sövdə” (1985, rejissor Mixail Vedışev) filmində italyan polis zabiti rolunda çəkilib.