Leyla Bədirbəyli

aktrisa

Personal Info

  • Doğum tarixi: 08.01.1920
  • Vəfat tarixi: 23.11.1999

Biography

Leyla Ağalar qızı Bədirbəyli (Leyla Cavanşirova) Bakıda anadan olub. Səhnəyə gənc ikən çıxıb. Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti kimi fəaliyyət göstərib (1936-1942). 1945-cü ildə “Arşın mal alan” filmi çəkilməyə başlayan zaman Gülçöhrə rolunu ifa etmək istəyən 100-dən artıq namizəd var idi. O, Üzeyir bəyin dəvəti və təşəbbüsü ilə bu rola çəkilib. Daha sonra Azərbaycan Dövlət Teatr İnstitutunda Adil İsgəndərovun rəhbərlik etdiyi aktyorluq fakültəsində təhsil alıb (1948-1952). Akademik Milli Dram Teatrında (1942-1975), “Azərbaycanfilm” kinostudiyasında (1975-1994) işləyib. Əməkdar artist (1949), Xalq artisti (1959), SSRİ (1946) və Azərbaycan (1972) Dövlət Mükafatları və “İstiqlal” ordeni (1999) laureatı Leyla Bədirbəyli 1999-cu ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

 

x